"Parlament seçkiləri demokratik şəraitdə keçirildi" QDİƏT PM

"Azərbaycanda növbədənkənar parlament seçkiləri demokratik mühitdə keçdi". SİA-nın verdiyi məlumata görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib.

P.Kanev Azərbaycanda keçirilən seçkilərdə 3 dəfə müşahidəçi qismində iştirak etdiyini vurğulayıb: "Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili isə qeyd edib ki, dünən çox mürəkkəb gün idi: "Düşünürəm ki, arzu etdiyimiz kimi demokratik seçkiləri görə bildik. Azərbaycan region üçün çox ölkədir".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə