Piter Marçek: "Seçkilər demokratik keçirildi, seçiciləri təbrik edirəm" - VİDEO
"Hər bir seçici dəstəklədiyi partiyanın nümayəndəsinə azad şəkildə səs verə bilirdi". SİA xəbər verir ki, bu sözləri Slovakiya Parlamentinin nümayəndəsi, seçkilər zamanı müşahidəçi qismində iştirak edən, həmçinin Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndəsi Piter Marçek deyib.
O bildirib ki, seçki prosesində iştirak edən insanlarla müzakirələr aparıb və müşahidəçilər danışıb, onların fikirlərini öyrənib.
P.Marçek bildirib ki, seçki prosesi demokratik şəkildə keçirilib: "Bu münasibətlə Prezident İlham Əliyevi və Azərbaycan seçicilərini təbrik edirəm".
Slovakiyalı nümayəndə Azərbaycanda dəfələrlə olduğunu vurğulayıb: "Azərbaycan son illər ərzində böyük inkişaf yolu keçib. Buna özüm də şahidəm. Ölkənin bu illər ərzində biznes əlaqələri də yüksək səviyyəyə çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB