“Seçkilər azad və ədalətli keçirilib” GUAM-ın müşahidə missiyası - VİDEO

Hilton otelinin “Firuzə” zalında GUAM-ın 9 fevral parlament seçkilərinin nəticələri ilə bağlı müşahidə missiyası üzvlərinin birgə rəsmi bəyanatı açıqlanıb.

Bəyanatda bildirilir ki, Azərbaycanda baş tutmuş parlament seçkiləri beynəlxalq öhdəliklərə, standartlara və demokratiyanın möhkəmləndirilməsinə doğru atılmış növbəti addım kimi dəyərləndirilir. O cümlədən, Mərkəzi Seçki Komissiyasının işləyib hazırladığı qayda və prosedurlara, demokratik seçki standartlarına uyğun keçirilən seçkilərdə müşahidəçilər missiyası üçün bütün şəraitlər yaradılıb, eləcə də seçicilər heç bir müdaxilə olmadan öz səsvermə hüquqlarından istifadə ediblər.

“GUAM müşahidəçiləri müşahidə apardıqları seçki məntəqələrində pozuntulara rast gəlməyiblər, seçkilər azad və ədalətli keçirilib”, deyə bəyanatda bildirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə