"Bunu Azərbaycan üçün uğurlu adlandırmaq olar" Qazaxıstanlı deputat:

"Azərbaycanda keçirilən parlament seçkiləri tam olaraq beynəlxalq standartlara uyğun keçdi". SİA-nın verdiyi məlumata görə, bunu Qazaxıstan parlamentinin deputatı Şaymardan Nurumov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ş.Nurumov bildirib ki, müşahidə missiyamız seçkilər zamanı 10-dan çox məntəqədə müşahidə aparıb: “Biz seçki prosesinin dəqiq təşkilatçılığının şahid olduq. Bunu Azərbaycan üçün uğurlu adlandırmaq olar. İş beynəlxalq tələblərə tam uyğun aparılıb”.

Deputat, həmçinin seçicilərin sayını qeyd edib: “Biz seçki məntəqələrində çoxlu sayda seçici müşahidə etdik. Kəskin hava şəraitinə baxmayaraq seçicilərin əhval-ruhiyyəsi müsbət idi, bu da onu göstərir ki, azərbaycanlılar ölkədəki həyatdan razıdır və sabahkı günə inamları var”.

O, parlament seçkilərinin ədalətli, uğurlu və beynəlxalq standartlara uyğun keçməsi ilə bağlı məmnunluğunu bildirib: “Biz vətəndaşlarla, partiya nümayəndələri ilə söhbət etdik, onların heç bir şikayəti yox idi. Hər şey uğurlu keçdi”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə