Biz ayıq olmalıyıq ki, heç kim təxribat xarakterli hərəkətlərə yol verməsin -AÇIQLAMA

Seçkilər kütləvi prosesdir, burada hanısas xoşagəlməz halların olması qaçılmazdır. SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, bütün xoşagəlməz hallarla bağlı seçki komissiyalarına müraciət edilməlidir: "Biz ayıq olmalıyıq ki, heç kim təxribat xarakterli hərəkətlərə yol verməsin. Biz çalışmalıyıq ki, kimlərsə öz maraqlarına uyğun addımlar atmasın. Ölkələrdir, insanlardır, hərənin öz maraqları var və bəzən elə olur ki, heç də hər şey arzu olunan kimi olmur. Ona görə də biz ehtiyatlı olmalıyıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə