Məzahir Pənahov: Nöqsanlara yol verən aşağı seçki komissiyalarını ciddi şəkildə cəzalandıracağıq -AÇIQLAMA

Bütün müşahidəçilər üçün seçkiləri izləmək üçün bütün şərat yaradılmışdı. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, müşahidəçilər seçkilərin normal qaydada keçirildiyini vurğulayıb: "Lakin müşahidəçilər tərəfindən bəzi xoşagəlməz halların olduğu qeyd olunub. Biz nöqsanlara yol verən aşağı seçki komissiyalarını ciddi şəkildə cəzalandıracağıq. Biz bu qədər maarifləndirmə işləri aparırıq, tədbirlər görürük və aşağı seçki komissiyaları öz vəzifəsini ciddi şəkildə yerinə yetirilməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə