Parlament seçkilərinə ictimai maraq böyük idi -AÇIQLAMA

Bu gün Milli Məclisə seçkilər keçirilib. 125 dairənin 5573 seçki məntəqəsi seçicilərin səs verməsi üçün hazır vəziyyətə gətirilmişdi. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, seçkilərə həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq göstərildi. MSK sədri vurğulayıb ki, MSK bütün Azərbaycan vətəndaşlarının bu prosesə qoşulması üçün lazımi addımları atıb: "Mərkəzi seçki Komissiyasına daxil olan şikayətlərin və müraciətlərin sayı xeyli azalıb. Parlament seçkiləri ilə bağlı cəmisi 47 müraciət daxil olub. Namizdlər üçün lazımi şərait yaradılıb və onlar sosial şəbəkələrin də imkanlarından geniş istifadə edib. MSK namizədlərin sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət etməyib. Hesab edirəm ki, biz doğru mövqedə idik, çünki biz nə ictimaiyyətdən, nə də beynəlxalq qrumlardan heç bir irad almadıq, əksinə onlar bunu alqışlayıblar. Namizədər fəallıq göstərərək seçiciləri ilə aktiv görüşlər keçirib".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə