19:00-a olan seçici fəallığı açıqlanıb -AÇIQLAMA

Azərbaycanda keçirilən parlament seçkilərində respublika üzrə saat 19:00-a olan seçici fəallığı açıqlanıb. SİA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 19:00-a olan məlumatına görə, seçici fəallığı 47,81% təşkil edib. Seçicilərin 2547982 nəfəri səs verib. İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat növbəti ilkin məlumat saat 19:00-da veriləcək. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkilərində 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir. Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək. Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir. Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) (birgə), Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondu və Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll" keçirəcək qurum kimi qeydə alınıb
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə