“Şəffaflığın əleyhinə heç bir hadisə müşahidə etmədik” - AŞ-ın DİM üzrə prezidenti - VİDEO

"Pulman" oteldə xarici müşahidəçilərin 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkiləri prosesi ilə bağlı media üçün konfrası keçirilib. SİA xəbər verir ki, çıxış edən Avropa Şurasının Demokratiya və İnsan Məsələləri (AŞ DİM) üzrə Avropa Şurasının prezidenti Yanus Niedzvieçkinin bildirdiyinə görə, nümayəndələr seçki məntəqələrində sonadək müşahidələrini davam etdiriblər: "Mən Avropa daxil olmaqla müxtəlif ölkələrdə parlament seçkilərini müşahidə etmişəm”, deyə qeyd edən müşahidəçi əlavə edib ki, Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub: “Heç bir qanun pozuntusu müşahidə etmədik. Hətta müxalifət partiyasından olan biri dedi ki, hər hansı qanun pozuntusu müşahidə etməmişəm. Müxalifətçinin bunu deməsi seçkinin şəffaflığının göstəricisidir".

Çexiya Parlamentinin üzvü Vera Prohazkova da həmkarının fikirləri ilə razı olduğunu bildirib və qeyd edib ki, bu gün 3 məntəqədə olublar. "Seçkilər yüksək demokratik şəraitdə aparılıb. Məntəqələrdə görüşdüyümüz insanlar da problem olması ilə bağlı irad bildirmədilər", xanım parlamentari bildirib.

Çexiya Parlamentinin digər üzvü Yaroslav Dubrava bu gün olduqları məntəqələrdə seçkinin yüksək təşkil olunduğunu bildirib: "İnsanlar problem olmadığını bildirdilər. Məntəqələrdə olduğumuz müddətdə şəffaflığın əleyhinə heç bir hadisə müşahidə etmədik".

İtaliya Parlamentinin üzvü Ettore Lixeri isə vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı arasında əlaqələr getdikcə inkişaf edir. O, qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin balanslaşdırılması istiqamətində işlər görür. "Azərbaycanda inkişaf meylləri var".

Dinindən, irqindən asılı olmayaraq hər kəsə uğurlar arzu edirəm", deyə italiyalı müşahidəçi fikirlərini sona çatdırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə