İsrailli müşahidəçi: "Seçkilər şəffaf və demokratik şəraitdə keçdi"

"Mən bakılıyam, Bakıda doğulmuşam. Bakı dünyanın ən gözəl inkişaf edən şəhərlərinəndir. Bakı bulvarı son dərəcə heyranedicidir". Bunu 9 fevral parlament seçkiləri ilə bağlı ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyətinin üzvü Roman Gureviç keçirtdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində altı dairədə seçki prosesini yaxından izləyiblər: "İnsanların tam sərbəst və azad şəkildə məntəqələrə gələrək səsvermədə iştirak etdiklərini gördük. Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdı".

Seçkilərin nəticələri ilə bağlı fikirlərini bölüşən digər müşahidəçi Boris Qrosman qeyd edib ki, artıq Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur. “Hesab edirəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Yaşlı nəslin nümayəndələrinin seçkilərə gələrək səs verməsi sadəcə valehedici idi. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin fəal olacaqlarına ümidimiz az idi. Lakin hər şey gözlədiklərimizin əksinə oldu”.

Boris Grosman 9 fevral parlament seçkilərinin xalqın iradəsi ilə obiyektiv və aşkarlıq şəraitində keçirildiyini bildirib.

Müşahidəçi Aleksey Tessarskiy Azərbaycanda insanların seçkilərdə həvəslə iştirak etdiklərini qeyd edib. Deyib ki, çünki burada insanlar öz tarixlərinə biganə deyillər.

Bütün xəbərlər Facebook səhifəmizdə