MSK sədrinin müavini: "Seçki prosesi indiyə qədər normal şəkildə davam edib" - AÇIQLAMA

İndiyə qədər parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir rəsmi şikayət daxil olmayıb. SİA-nın məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, MSK-nın qaynar xəttinə 50-ə qədər müraciət daxil olub.

Onun sözlərinə görə, müraciətlər əsasən texniki xarakterli olub, hansısa məsələnin aydınlaşdırılması ilə bağlı olub və dərhal cavablandırılıb. Sədr müavini bildirib ki, seçki prosesi indiyə qədər normal şəkildə davam edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə