"Seçki gizli səsverməni təmin edə biləcək şəkildə qurulmuşdu" AÇIQLAMA - VİDEO
Həmkarlarımla birgə məntəqələrdə olmuşam və proseslərin necə getdiyinə başından sonuna qədər müşahidə etmişəm. Həmçinin seçicilərin səsvermədə necə iştirak etdiyini izlədim. Onlar tərəfindən heç bir qanun pozuntusu halına rast gəlməmişəm. SİA xəbər verir ki, bu açıqlamanı MDB Parlament Assambleyasının müşahidəçi qismindəki üzvü Moldova Parlamentinin deputatı Fyodor Qaqauz deyib.
O vurğulayıb ki, seçki prosesi yaxşı təşkil olunub, məntəqələr biri-birindən uzaq deyildi və ən əsası seçkilər gizli səsverməni təmin edə biləcək şəkildə aparılır. O əlavə edib ki, bütün məntəqələrdə kifayət qədər seçici var.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB