"Biz Azərbaycanda demokratik ab-havanı hiss etdik" Bur şəhərinin meri - VİDEO
"Mən 15-20 icmanın sədriyəm. Əvvəllər Azərbaycan barədə heç bir məlumatım yox idi. Azərbaycan çox inkişaf etməkdə olan hətta deyərdim ki, bu 30 il ərzində çox böyük inkişafa nail olmuş bir ölkədir". Bunu SİA-ya açıqlamasında Atlantik bölgəsinin Bur şəhərinin meri Yiv Matarieu deyib.
Bur şəhərinin meri təəssüratlarını belə bölüşüb: "Bizi burada ən çox maraqlandıran və sevindirən cəhətlərdən biri fransız icmasının burada yaşamaları oldu. Eləcə də Azərbaycanda fransız dilində məktəblər fəaliyyət göstərir və universitetlər, fakultələr var. Bizim missiya ilə bağlı isə konkret onu söyləyə bilərəm ki, göz şahidi olduğumuz məsələlər onu göstərdi ki, ölkədə çox möhtəşəm seçici fəallığı vardır. Seçkilərlə bağlı hər şey çox yüksək səviyyədə təşkil olunub. Biz burada demokratik bir ab-havanı hiss etdik və gördük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB