Belaruslu deputat: "Azərbaycan xalqı öz layiqli seçimini düzgün edəcək" AÇIQLAMA - VİDEO

"Qısaca desək, bu gün haqqında danışsaq deyə bilərəm ki, mən həmkarlarımla birgə seçki prosesini ən başından izləyirəm. Müşahidəçi qismində deyə bilərəm ki, iştirak etdiyim məntəqələrin hamısında seçkilərə tam vaxtında, saat 8-də start verildi. Seçkilərə hazırlıq beynəlxalq göstəricilərə uyğun, müstəqil və demokratik abu-havaya uyğun şəkildə hazırlanıb". SİA xəbər verir ki, bunu MDB Parlament Assembleyasının nümayəndələr heyətinin üzvü, belarusiyalı deputat İqor Komarovski Azərbaycanda keçirilən Parlament seçkiləri haqda təəssuratlarını bölüşərkən deyib.

O bildirib ki, seçkilər sakit ab-havada həyata keçirilir: "Seçki prosesində iştirak edən hər kəs, komissiya üzvləri, həm xarici müşahidəçilər, həm də yerli müşahidəçilər bir-biri ilə dil tapa bilirlər. Seçki prosesində iştirak edən hər kəslə söhbət edirik, müzakirələr aparırıq və şikayətlərinin olub olmadığını öyrənməyə çalışırıq. Onların seçki prosesi ilə bağlı şikayəti yoxdur.

Biz əminik ki, gün ərzində seçki prosesi eyni templə, konstruktiv və sakit abu-havada keçəcək. Azərbaycan xalqı öz layiqli seçimini düzgün edəcək. Hansı ki, bu seçim ona yaxşı həyat, gələcəkdə həm iqtisadi, həm də sosial baxımdan inkişaf etməyə imkan verəcək, həmçinin respublikada bununla bərabər həyata keçəcək dəyişiklik və islahatları nəzərdə tuturam"

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə