"Sosial şəbəkələrdə olan materiallar hamısı bir-bir araşdırılır" - AÇIQLAMA
"Bu gün saat 08:00-da Respublika üzrə bütün seçki məntəqələri qapılarını seçicilərin üzünə açıb. Hazırda seçki prosesi davam edir". Bunu SİA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, saat 15:00-a olan məlumata görə seçici fəallığı 39.23 faiz olub. "Hazırda saat 17:00 üçün seçicilərin aktivliyi ilə əlaqədar məlumatlar ümumiləşdirilərək dəqiqləşdirilir. Bu ana qədər olan məlumatlara görə Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə daxil olan zənglər məlumat xarakterlidir. Hazırda seçki prosesi Seçki qanunvericiliyinin, Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təlimatlarına müvafiq olaraq həyata keçirilir. Bu saat 19:00-da seçkilər başa çatır. Ondan sonra məntəqə seçki komissiyaları öz yekun protokollarını tərtib edib Dairə seçki komissiyalarına, 8 saat ərzində Dairə seçki komissiyaları Mərkəzi Seçki Komissiyasına yekun protokolları təqdim etməlidir".
MSK üzvü vurğulayıb ki, bələdiyyə seçkilərində olan məsələlər hazırda Parlament seçkilərində də eyni qayda ilə tətbiq olunacaq. "Sosial şəbəkələrdə olan materiallar hamısı bir-bir araşdırılır və ona uyğun müvafiq qərarlar qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB