MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir neçə vəfat etmiş şəxslərin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə münasibət bildirib. SİA-nın məlumatına görə, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib.

MSK sədri məsələ ilə bağlı bunları deyib: "Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu ümumiyyətlə qeyri-adi vəziyyət idi, ancaq bu sizə aid olan məsələ deyil".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə