Seçkidə neqativ hal müşahidə olunmayıb

24 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində də seçki prosesi uğurla davam edir və heç bir qanun pozuntusu, heç bir neqativ hal müşahidə edilməyib. SİA xəbər verir ki, bunu məntəqənin sədri Sayad Şahgəldiyeva deyib.

Məntəqə sədri, hava şəraitinin heç də əlverişli olmadığını və bu şəraitdə belə səhər saatlarında seçicilərin məntəqəyə gəldiyini, seçkidə fəal iştirak etdiyini vurğulayıb və qeyd edib ki, bu, indən sonra daha böyük aktivlik müşahidə olunacağını təsdiq edir.

“Məntəqədə 1410 nəfər seçici var və 11:15 radələrinə onlardan 48 nəfəri gəlib səs verib. Seçicilərin aktiv iştirakı, seçici aktivliyi göz qabağındadır və nəzərə alsaq ki, hava şəraiti heç də əlverişli deyil və bu şəraitdə belə səhər saatlarında seçicilərin məntəqəyə gəlməsi onu göstərir ki, bundan sonra daha böyük aktivlik müşahidə olunacaq. Məntəqədə 30 nəfər müşahidəçi iştirak edir və müşahidəçilərin seçkini izləməsi üçün müvafiq şərait yaradılıb. Heç bir neqativ hal müşahidə edilməyib, hər şey öz qaydasındadır”, deyə məntəqə sədri bildirib.

Qeyd edək ki, bu gün parlamentə seçkilər günüdür və seçki prosesi sözügedən məntəqədə fəal şəkildə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə