"Hər hansı bir pozuntuya ümumiyyətlə rast gəlmədik" Lordlar Palatasının üzvü - VİDEO

“8-ci dəfədir ki, Azərbaycanda oluram amma 5-ci dəfədir ki, prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak etmişəm”. Bunu SİA-ya açıqlamasında Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans deyib.

O seçki prosesi ilə bağlı bunları deyib: “Biz artıq 7 seçki məntəqəsində olmuşuq. Seçkilərlə bağlı təşkil olunan prosedur sözün həqiqi mənasında mənə müsbət təsir etdi. Hər şey aydın və şəffaf şəkildə müəyyən edilib. Hər hansı bir şikayət və pozuntulara isə ümumiyyətlə rast gəlmədik. Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər. Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə