24 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində seçicilər fəallıqla seçkidə iştirak edirlər. SİA xəbər verir ki, bu sözləri seçki məntəqəsinin sədri İzzət Şirinov deyib.
Məntəqənin sədri İzzət Şirinov insanların bu seçkidə fəalliğının özünü göstərdiyini bildirib və müşahidəçilərə də müvafiq şərait yaradıldığını vurğulayıb.
“Bizin məntəqədə 1410 nəfər seçimiz var. Onlar seçkidə fəallıqla iştirak ediblər. Məntəqədə müxtəlif partiyanı təmsil edən 28 müşahidəçi var ki, onlar qeydiyyatdan keçib və bu məntəqədə onlara müvafiq şərait yaradılıb. Seçki normal qaydada, uğurla davam edir”, deyə məntəqə sədri bildirib.
Hal-hazırda məntəqədə seçki uğurla davam edir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB