Müşahidəçilər seçkilərdə aktivliyi xüsusi qeyd edirlər FOTOLAR

Milli Məclisə seçkilərlə əlaqədar olaraq 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 19 saylı məntəqəsinin səsvermə prossesi ilə tanış olduq. SİA xəbər verir ki, 23 saylı Nəsimi Seçki Dairəsinin 19 saylı məntəqəsinin sədri Musayev Orxan söyləyib ki, seçici fəallığı səhər saatlarında hava şəraiti ilə əlaqədar zəif olsa hal-hazırda günortaya doğru aktivlik müşahidə olunmağa başlayıb: "Seçicilər çox aktiv və rahat şəkildə məntəqələrə gələrək, səs veriblər, seçicilər üçün çox yüksək səviyyədə şərait yaradılıb. Eyni zamanda müşahidəçilərin də müşahidə aparması üçün lazimi yerlər və tədbirlər görülüb".

Sədr həmçinin beynəlxalq müşahidəçilərin də iştirak etdiyini vurğulayıb. Bildirib ki, xarici müşahidəçilər fəal iştirak edib və səs faizləri ilə yaxından maraqlanıb. Bu məntəqədə seçicilərin 25,30 faiz fəallıq göstərdiyini qeyd edib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə