“Seçicilər səhər saatlarından məntəqələrə üz tutur, siyahılarda adlarını tapdıqdan sonra bülletenləri alıb, istədikləri namizədlərə səs verirlər. Seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb”. Bunu SİA-ya açıqlamasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin sədri Rahim Novruzov deyib.
Onun sözlərinə görə, məntəqədə seçicilərə rahat səsvermə şəraiti yaradılıb: “Məntəqədə veb-kamerlar quraşdırılıb. Müşahidəçilər seçki prosesini izləyirlər. Ərazi üzrə 1073 seçici qeydiyyata alınıb, saat 14:58-ə qədər 776 nəfər məntəqələrə gələrək, səsvermədə iştirak ediblər”.
Gülyanə, Mirqəmər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB