“Seçkilərin azad və demokratik keçirilməsi üçün hər cür şərait var”

“Səsvermənin başlandığı səhər 08:00-dan etibarən seçki məntəqələrdə fəallıq müşahidə olunur. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin seçki məntəqələrinə rahat, maneəsiz gəlib səs vermələri üçün hər cür şərait yaradılıb. Hər hansı bir problemlə də rastlaşmamışıq”. Bunu SİA-ya açıqlamasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Gözəl Əskərova bildirib.

Onun sözlərinə görə, məntəqədə, veb-kameralar quraşdırılıb, siyasi partiyaların nümayəndələri müşahidəçi qismində seçkiləri izləyirlər: “Seçkilər azad və demokratik şəraitdə başa vuracağıq, bunun üçün hər cür şərait və insanların iradəsi var. Saat 14:52-ə qədər 653 nəfər seçici səsvermədə iştirak edib”.

Gülyanə, Mirqəmər

Bütün xəbərlər Facebook səhifəmizdə