Beynəlxalq müşahidəçi: "Təşkilatçılar öz işlərini çox yaxşı görürlər" EKSKLÜZİV
"Dörd saylı seçki məntəqəsində müşahidə aparmışam, burada da müşahidə edirəm və görürəm ki, seçki prosesi çox yaxşı keçir". Bunu SİA-ya müsahibəsində Beynəlxalq müşahidəçi və Pakistanın təmsilçisi Əkrəm Xalid deyib.
“Baxmayaraq ki, bayırda hava şəraiti pisdir, qar yağır, seçici aktivliyi böyükdür. Xüsusilə bu seçki prosesi, hansı ki, mən indi bu dəqiqə burada tanış oldum, həddindən artıq çox yaxşı bir prosesdir. Həmçinin seçki prosesini həyata keçirən bu nümayəndələr öz işlərini çox yaxşı görürlər. Mən bütün seçki prosesində Azərbaycan xalqına öz dərin minnətdarlığımı, xoş arzularımı bildirirəm. Qeyd etmək istəyirəm ki, mən beynəlxalq müşahidəçiyəm və Pakistanın təmsilçisiyəm", - deyə Ə.Xalid bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB