Məntəqə sədri: “Xarici müşahidəçilər seçkinin gedişindən razılıq ediblər”
“Seçki prosesi azad və demokratik şəkildə davam edir, hər şey yaxşıdır. İnsanlar gəlir və öz səslərini verirlər, hər hansı bir problem yaranmayıb”. Bunu SİA-ya açıqlamasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Şəkər İbrahimova deyib. Onun sözlərinə görə, səhər saatlarında ATƏT-in nümayəndələri məntəqədə seçki prosesini izləyiblər və onlar seçkinin gedişindən razılıqlarını ediblər: “Müxtəlif siyasi partiyalardan müşahidəçilər seçki prosesini yaxından izləyirlər. Seçki ərazində 1494 nəfər seçici qeydiyyata alınıb ki, onlardan da 13:45-a qədər 764 nəfər seçki hüququndan istifadə edərək, səsvermə də iştirak ediblər”.
Gülyanə, Mirqəmər
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB