Qeyri-əlverişli hava şəraiti də seçicilərə mane ola bilmir - VİDEO
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə edilir
Ağa Nemətulla 184 ünvanında yerləşən, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçicilərin fəallığı getdikcə artır. SİA xəbər verir ki, qeyri-əlverişli iqlim şəraitinə, havanın soyuq olmasına baxmayaraq seçicilər məntəqəyə axışır və öz namizədlərini seçirlər.
Sözügedən məntəqədə müşahidəçi qismində iştirak edən Əliyeva Təranə xanım bu məntəqədə davam etməkdə olan seçki barəsində fikirlərini bizimlə bölüşüb.
“Dairənin 4 saylı məntəqəsində Mərkəzi Seçki Dairəsi tərəfindən müəyyən olunmuş müşahidəçiyəm. Burada seçki çox şəffaf keçirilir. Hər şey öz qaydasındadır. Heç bir problem yoxdur. Seçici aktivliyi də pis deyil, insanların məntəqəyə axını da var və göz qabağındadır”, deyə müşahidəçi xanım bildirib.
Seçki məntəqəsinin sədri Məmmədov Ərşad isə məntəqədə bütün şəraitin yaradıldığını və seçkilərin uğurla davam etdiyini diqqətə çatdırdı.
“Seçicilər və müşahidəçilər üçün məntəqədə bütün şərait yaradılıb. Müşahidəçilərimiz heç bir neqativ hadisə müşahidə etməyib. Əsas məsələ odur ki, seçicilər seçkiyə davamlı olaraq gəlir, səslərini verir, kimi istəyirlərsə seçirlər. Seçki isə çox real, çox gözəl təşkil olunub. Hal-hazırda seçicilərin məntəqəyə gəlməsində aktivlik müşahidə olunur. Nəzərə alsaq ki, səhər saatlarında və hava şəraitinin nisbətən soyuq olduğu bir məqamda seçicilərin məntəqələrə davamlı axını var, deməli, bundan sonra daha intensiv olacağına şübhə yoxdur”, deyə məntəqənin sədri bildirdi.
Hal-hazırda məntəqədə seçki öz axarı ilə və uğurla davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB