Ukraynanın televiziya kanalları seçkilər barədə xüsusi reportaj hazırlayıb
Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın televiziya kanalları tərəfindən də işıqlandırılır. SİA xəbər verir ki, məşhur 1+1, “Ukrayna” kanalları seçkilər haqqında məlumat yayıb.
Xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Namizədlər arasında gənclərin üstünlük təşkil etdiyi vurğulanır, son vaxtlar Azərbaycanda gənclər üçün yaradılmış şəraitdən bəhs olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq təşkilatlar, həmçinin müxtəlif ölkələrin kütləvi informasiya vasitələri böyük maraq göstərirlər.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB