57 saylı Kürdəmir seçki dairəsi üzrə fəaliyyət göstərən 42 məntəqədə Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası səhər saatlarından etibarən seçkilərin fəallığı şəraitində keçir. SİA-nın məlumatına görə, dairənin sədri Əbülfət Mikayılov bildirib ki, səsvermə mütəşəkkil, demokratik şəraitdə və şəffaf keçir. Seçkilərdə dairə üzrə 43 min 110 seçici iştirak etməlidir. Onlar 10 namizəd arasında istədiyi şəxsə səs verəcəklər.
Qeyd edək ki, səsvermənin gedişini ayrı-ayrı siyasi partiyalardan 824 nəfər müşahidəçi izləyir. Onlardan 200 nəfəri öz təşəbbüsü ilə, qalanları isə siyasi partiyalardan və namizədlər tərəfindən müəyyənləşdirilən müşahidəçilərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB