Məntəqə sədri: "Seçkiləri 30-dan çox yerli müşahidəçi izləyir" -VİDEO-FOTOLAR

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı məntəqəsinin sədri Faina Ələkbərova seçki prosesində 30-dan çox yerli müşahidəçinin iştirak etdiyini bildirib. SİA xəbər verir ki, eyni zamanda 13 nəfər xarici müşahidəçi iştirak edib.

O bildirib ki, seçicilər məntəqəyə böyük həvəslə gəlirlər: "Seçki prosesinə start verildiyi andan səhərdən insanlar seçki ab-havası ilə gəlir və öz səsvermə hüquqlarından istifadə edirlər. Məntəqə üzrə 1227 seçicimiz var. Lakin elə seçicilər var ki, hazırda şəhərdə deyil və ya haradasa təhsil alır. Lakin hələ ki, insanlar gəlir və kimi istəyirlərsə ona da səs verirlər".

O bildirib ki, seçki prosesində xarici müşahidəçilər də iştirak edir. Onların əksəriyyəti Özbəkistandan, Rusiyadan, Qazaxıstandan gəlib: "Xarici müşahidəçilər arasında mediadan olan nümayəndələr də var. Həmçinin millət vəkilliyinə namizədliyini verən şəxslər də müçahidəçi kimi məntəqəyə gəlib, eyni zamanda onların vəkilləri və müşahidəçiləri iştirak edib".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə