Doqquz saylı Binəqədi ikinci seçki dairəsi 37 seçki məntəqəsini əhatə edir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb. Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov SİA-ya bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak edib.
9 saylı Binəqədi ikinci seçki dairəsi Bakı şəhərinin iri seçki dairələrindən olmaqla əsasən fərdi evlərin yerləşdiyi Xutor, Rəsulzadə qəsəbəsini və 9-cu mikrorayonun bir hissəsini əhatə edir. 49 min 542 seçicinin 77 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə 80-100 yaşlı seçicilərin sayı 930 nəfərə yaxındır. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.
Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera işləyir. Həmçinin 31 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.
Səhər saatları olmasına baxmayaraq, seçicilərin fəallığı müşahidə olunur. Məntəqələrdə seçkinin bütün prosedurlarına riayət olunur. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.
17 saylı Yasamal III seçki dairəsinin seçki məntəqələrində səsvermə başlayıb. Dairə seçki komissiyasının sədri Qədir Kərimov bildirib ki, 30 min 534 seçicisi olan dairə seçki komissiyasının ərazisində 28 daimi seçki məntəqəsi fəaliyyət göstərir. O, fiziki məhdudiyyətli seçicilərin qeydə alındığı məntəqələrdə panduslar quraşdırıldığını və şəffaflığın təmin olunması məqsədilə məntəqələrinin 10-nun veb-kameralarla təmin olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dairə üzrə 13 namizəd qeydə alınıb. İlk dəfə səs verənlərin sayı 83, 80-100 yaşarası seçicilərin sayı isə 991 nəfərdir.
17 saylı Yasamal III seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Mədinə Nəbiyeva məntəqədə 772 nəfər seçici olduğunu, yaşı 80-dən yuxarı olan seçicilərin sayının 6 nəfər olduğunu bildirib.
Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur.
Qeyd edək ki, seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyir. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB