Cənub bölgəsinin seçiciləri seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrindəki vəziyyət buna bir daha sübutdur.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.

Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə