ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"
"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq". Bunu açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.
Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Yekun nəticələr barədə danışmaq hələ tezdir, çünki səsvermə yeni başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB