"Ən ucqar kəndlərdə də şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb" Sergey Karavayev
"Azərbaycanda parlament seçkilərinə hazırlığı yüksək qiymətləndirirəm. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin vətəndaşlarının Demokratiyanın, Parlamentarizmin və Seçki Hüquqlarının İnkişafı Monitorinqi Beynəlxalq İnstitutunun direktor müavini Sergey Karavaev bildirib.
"Mən uzunmüddətli müşahidə missiyasının tərkibində Azərbaycanda səfərdəyəm. Müşahidələr zamanı ucqar bölgələrdə də seçkilərə yüksək səviyyədə hazırlığın şahidi oldum. Hətta ən ucqar, cəmi 100 seçicisi olan kəndlərdə şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Hər kəsin səs vermək və ya fikir bildirmək imkanı var", - deyə S.Karavayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB