"Prosseslər bizə aydındır, MDB Parlanmetlərarası Assambleyası artıq 20 ildən çoxdur ki, tərkibinə daxil olan bütün dövlətlərdəki seçki prosseslərini müşahidə edir". SİA-nın məlumatına görə, bunu MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dimitri Kabitski deyib.
D.Kabitski bildirib ki, misal üçün keçən il 4 seçki prossesi baş tutub, bu ilə isə 7 seçki kampaniyası planlaşdırılır. "İlki də elə Azərbaycandadır. Bizim üçün bu çox xoş hadisə oldu. Birincisi ona görə ki, əlifba qaydası ilə Azərbaycan ilk yerdədir, ikincisi də baxmayaraq ki, qışdır, soyuqdur bizi burada çox isti qarşıladılar. Seçki prossesi layiqli təşkil olunub. MSK seçkilərin yüksək səviyyədə keçməsi üçün çox yaxsı iş ortaya qoyub".
D.Kabitski vurğulayıb ki, biz sabah bütün seçki dairələrində olacağıq və müşahidələrimizin nəticəsində də öz yekun rəylərimizi yazacağıq: "İlkin təsüratlarımız isə çox müsbətdir. Bizim həmkarlarımız bütün hazırlıq mərhələrlərini artıq müşahidə etməyə başlayıb. Düzdür əsas işimiz sabahdır. Ümumi təəssüratım isə budur ki, bütün ölkə bu hadisəni sevinc hissi ilə gözləyir. Təbiidir ki, yeniliklər var. Misal üçün müşahidəçilərin sayı ötən illərə nisbətən bu il daha çoxdur və mən düşünürəm ki, bu dövlətin lehinədir. Ölkə dinamik şəkildə inkişaf edir və burada baş verənlər bizi çox sevindirir. Hələ ki, heç bir ciddi qayda pozuntusuna rast gəlməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB