Parlamentin Azərbaycan ictimaiyyətinin inkisafında yüksək rol oynayacağından əminik - AÇIQLAMA
"Bizim müşahidəçilər qrupu, müstəqil dövlətlər birliyindən olan ümümi missiyanın 30 nəfərlik bir hissədir". SİA-nın məlumatına görə, bunu açıqlamasında MDB Parlamentlər arası Müşahidə Missiyasının koordinatoru Sadik Səfiyev deyib.
S.Səfiyev bildirib ki, ümumilikdə isə seçki prossesindəki hazırlıq işlərini MDB-dən 252 nəfər müşahidə edir. "Onlar 37 dövlətin təmsilçiləridir və biz öz məsuliyyətimizi dərk edirik. Azərbaycan xalqının həyatındaki bu önəmli siyasi hadisəni izləyirik. Əhalidə yüksək siyasi aktivlik müşahidə olunur. Azərbaycan ictimaiyyəti sabahkı siyasi hadisənin önəmini dərk edir. Biz bu seçkilərin uğurla başa çatmasını səmimi qəlbdən arzu edir və yeni seçiləcək olan Parlamentin Azərbaycan ictimaiyyətinin inkişafında yüksək rol oynayacağından əminliyimizi bildiririk. Azərbaycan xalqına İlham Əliyevin başçılıgı altında gözəl günlər və uğurlar arzu edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB