86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib. SİA xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib. Məsələ barədə MSK Katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin dairənin sədri tərəfindən Şahəvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib: "Tərəfimizdən yoxlamalar aparılıb və mürciətin doğruluğu sübut edilib". Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB