Şabranlılar YAP-a SADİQliyini 9 fevralda bir daha sübut edəcək - FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Sadiq Qurbanov növbəti görüşlərini Şabran rayonunun Hacıqaraqaşlı Xəlilli, Sarvan və Liman kəndlərinin sakinləri ilə keçirib.

6 fevral 2020 -ci il tarixində YAP Şabran rayon təşkilatının fəalları ilə təbliğat-təşviqat kompaniyası çərçivəsində son görüşü seçki qərargahında keçirildi.

Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat vermişdir. O, həmçinin Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədi Sadiq Qurbanovun fəaliyyəti barədə danışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib.

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədi Sadiq Qurbanov seçicilərinə seçki platformasındakı prioritet məsələlər barədə məlumat verdi. Göeəcəyi işlər haqında məlumat verdi. Səmimi söhbət zamanı Sadiq Qurbanov seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qrumlar qarşısında məsələ qaldıracağını bildirib.

Çox aktiv keçən görüşlər YAP namizədinin 9 fevral 2020-ci ildə keçriləcək parlament seçkilərində qələbə qazanmaq arzusu və ümidi ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə