Yeni Azərbaycan Partiyası tərəfindən 46 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülmüş Quliyev Azər Əli oğlunun seçicilərlə növbəti görüşü Şirvan Olimpiya İdman Kompleksində keçiriliB. İzdihamlı görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.
YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev görüşdə çıxış edərək sözü deputatlğl namizəd Azər Quliyevə verib. Azər Quliyev çıxış edərək ilk öncə seçicilərini salamlayıb və YAP-ın namizədi olaraq dəstək verib görüşünə gəldikləri üçün onlara minnətdarlığını bildirib.
Sonra çıxışında Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı partiyanın ölkəmizin ictimai, siyasi həyatında rolundan ətraflı bəhs edib. Yeni Azərbaycan partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirərək Azərbaycanın qüdrətli dövlətə çevrilməsini xüsusi vurğulayıb. Ona görə də partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu və xalq tərəfindən bəyənildiyini açıqlayıb: "Əminəm ki, şirvanlılar hər zaman olduğu kimi bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək növbədən kənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsini səs verməklə təmin edəcəklər".
Şəhər sakinləri, sadə vətəndaşlar, ziyalılar çıxış edərək ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasəti bəyəndiklərini, həyata keçirtdiyi islahatları dəstəklədiklərini bildirərək yekdilliklə YAP-ın namizədi Azər Quliyevə səs verəcəklərini bəyan ediblər.
Azər Quliyev hər kəsə minnətdarlığını çatdıraraq YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, şəhər əhalisini ona etimad göstərəcləri təqdirdə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB