Şamil Tağıyev: "Yeni çağırış parlament islahatlara əlavə impuls verəcək"

“Azərbaycanda həyata keçirilən islahatlar qanunverici orqanda da yenilikəri zəruri etmişdi. Ona görə də hesab edirəm ki, parlamentin buraxılması təşəbbüsü təqdirəlayiq addım idi”. SİA-nın xəbərinə görə, bu barədə secki-2020.az saytına Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev məlumat verib.

Deputatlığa namizədlər arasında gənc və intellektual insanların sayının çox olduğunu vurğulayan Şamil Tağıyev deyib: “Bu, onu deməyə əsas verir ki, yeni çağırış parlament islahatlara əlavə impuls verəcək. Bir sözlə, yeni formalaşacaq parlament ölkənin daha da inkişafına mühüm töhfə verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə