Kamilə Əliyevanın seçicilərlə görüşləri davam edir

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Kamilə Əliyevanın Zaqatala rayonun Fındıqlı, Maqov, Paşan sakinləri ilə görüşləri olub. Görüşdə çıxış edən deputatlığa namizəd Kamilə Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib.

Deputatlığa namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açıb.

Görüşdə seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya 9 fevral parlament seçkilərində və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə