Deputatlığa namizəd Azər Quliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

46 saylı Şirvan seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azər Quliyevin seçicilərlə növbəti təşviqat görüşü oldu. Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən görüşdə Şirvan şəhərinin aktiv gəncləri iştirak edirdi. YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev təşviqat görüşündə çıxış edərək partiyanın 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Azər Quliyev barəsində ətraflı məlumat verdi.

Azər Quliyev görüşdə çıxış edərək şəhərimizdə ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər siyasəti istiqamətində görülən işlərdən danışdı. Gənclərə qayğının, diqqətin göstərilməsi, istetadlı və yaradıcı gənclərin üzə çıxarılması, işsizlik probleminin həlli istiqamətində görülən işləri bir daha gənclərin çatdırdl. Xüsusəndə şəhər ərazisində cənab İlham Əliyevin sərəncamı ilə inşa edilən Olimpiya İdman Kompleksinin, Gənclər Evinin tikilməsi şəhərimizdə bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, asudə vaxtın səmərəli təşkili, gənclərin sağlam həyat tərzi yaşamasından ətraflı bəhs etdi.

Azər Quliyev eyni zamanda millət vəkili seçiləcəyi təqdirdə Şirvan şəhərinin inkişafında, gənclərin məşğulluğunun təmin olunmasında mühüm lahiyələrin parlamentə təqdim edəcəyindəndə danışıb. Görüşdə iştirak edən gəmclər YAP-ın Şirvan şəhərindən deputatlığa namizədi Azər Quliyevə səs verəcəklərini bildiriblər. Gənclər Şirvan sakinlərini dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azər Quliyevə səs verməyə çağırıblar.

Deputatlığa namizəd gəncləri maraqlandıran suallara cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə