Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir

9 fevral parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı rayon Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məşhur Məmmədovun rayon təşkilatının qərargahında "Daha güclü Azərbaycan naminə!" devizi altında təşkilatın ərazi ilk partiya təşkilatlarınnı sədrləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayonda seçicilərin təbliğat-təşviqat tədbirləri və namizədlərin seçkiqabağı görüşlərinin seçicilərin mütəşəkkilliyi və fəallığı şəraitində keçdiyini bildirib. Həmçinin, Yeni Azərbayacan Partiyasının 70 saylı Masallı rayon Seçki Dairəsindən deputatlığa namizəd Məşhur Məmmədov haqqında seçicilərə ətraflı məlumat verərək, 9 fevralda keçirilən seçkilərdə ona səs verməyə çağırıb.

Görüş zamanı deputatlığa namizəd Məşhur Məmmədov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin mahiyyətindən bəhs edib, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını bildirilib. Həmçinin, bu günlərdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dördüncü - "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nını bir illiyi ilə bağlı keçirilən müşavirədə çox mühüm məsələlr toxunduğunu vurğulayıb: "Həyata keçirilən dövlət proqramları çərçivəsində respublikamızın bütün regionlarında olduğu kimi, Masallı rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir, inkişaf edir. Təbii ki, bütün bunlar əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır".

Məşhur Məmmədov seçicilərə minnətdarlıq ifadə edərək, bildirib ki, əgər seçilərəmsə hər birinizin problemini öz şəxsi vətəndaş problemim kimi qəbul edəcək, hər bir seçiciyə fərdi yanaşacaq, imkan daxilində həmin problemlərin həllinə yardımçı olacağam. Hmçinin, 9 fevralda keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa çağırıb.

Görüşlərdə çıxış edən seçicilər seçki günü YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə