Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Cəlilabad rayon Seçki Dairəsindən namizədliyi irəli sürülən Malik Həsənovun rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Cəlilabad şəhər təşkilatının sədri Mirsüleyman Mirxaslı parlament seçkiləri ilə bağlı məlumat verərək bildirib ki, hər dəfə yeni layihələrlə seçkilərə qatılan YAP bu seçkilərə də "Daha güclü Azərbaycan naminə" şüarı ilə gedir: "YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb. Əminik ki, hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirən Cəlilabad seçiciləri bu seçkilərdə də YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək".
Seçicilər qarşısında çıxış edən YAP-ın namizədi Malik Həsənov bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək. Bu gün Azərbaycanda mühüm islahatlar aparılır. Bu islahatlar bütün vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcəklər".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB