MSK Fərəc Quliyevə xəbərdarlıq edilməsi ilə bağlı qərar qəbul edib -AÇIQLAMA
Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsində namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb. M.Hüseynovun şikayəti qismən təmin edilib. MSK Fərəc Quliyevə xəbərdarlıq edilməsi ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkədə həmin dairədən namizədliyi irəli sürülmüş Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında F.Quliyev tərəfindən Mehman Hüseynova namizədliyini geri götürməsi üçün 15 min manat pul təklif olunduğu əks olunub. F.Quliyev isə mətbuata verdiyi açıqlamada səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB