MDB müşahidə missiyasının üzvü: "Parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır"
“İsmayıllıda, Qəbələdə, Oğuzda, Şəkidə dairə və məntəqə seçki komissiyalarında oldum. Həm dairə, həm də məntəqə seçki komissiyalarında apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Pyotr Qalkeviç deyib.
Onun sözlərinə görə, görüşlərdə deputatlığa namizədlər, eləcə də seçicilər tərəfindən hər hansı şikayət daxil olmayıb.
“Şəxsən mənə fəaliyyətimi həyata keçirmək və lazımi informasiyalar almaq üçün bütün şərait yaradılıb”, – deyə Pyotr Qalkeviç bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB