Nizami Cəfərovun seçicilərlə görüşü davam edir

YAP Ağstafa rayon təşkilatı 9 fevral parlament seçkilərinin təbliğat-təşviqat işlərini davam etdirir. Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cəfərov Nizami Qulu oğlunun Ağstafa rayonun Aşağı Göycəli, Xətai və Aşağı Kəsəmən kəndlərində seçicilər ilə görüşü keçirilib.

Seçicilərlə səmimi söhbət edən Nizami Cəfərov ölkəmizin ictimai siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Nizami Cəfərov əhalini seçkilərdə fəallıq göstərərək "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ" devizi altında inkişafa və tərəqqiyə səs verməyə dəvət edib. Sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Seçiciləcəyi təqdirdə rayon ərazisində görüləcək işlər haqqında məlumat verən YAP namizədi hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa dəvət edib.

Sakinlər 9 fevral parlament seçkilərində Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə