Deputatlığa namizəd Məlahət İbrahimqızının seçicilərlə görüşləri davam edir
Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü 5-ci mikrorayon Cavadxan küçəsi 3005-ci məhəllə ünvanında yerləşən Cavadxan parkında keçirib.
Görüşlərdə deputatlığa namizəd Məlahət İbrahimqızı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib: "Bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər". M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.
Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Məlahət İbrahimqızı onu da bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik şəraitdə keçirilib. Budəfəki parlament seçkilərinin də azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.
Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır".
M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq, həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB