Əliabbas Salahzadə Balaxanı qəsəbə sakinləri ilə görüşü keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyasının 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Əliabbas Salahzadənin Sabunçu rayonu Balaxanı qəsəbə sakinləri ilə görüşü keçirilib. Ə.Salahzadə ailələrdə olub , onların problemləri ilə maraqlanıb, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin demokratiya yolunda mühüm addım olduğunu vurğulayıb. Deputatlığa namizəd seçicilərin doğru seçim edəcəklərinə əminliyini bildirib. Qeyd edib ki, son 16 ildə Azərbaycan partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlərə nail olunub: "Ölkəmiz iqtisadi müstəqilliyini tam təmin edib, güclü maliyyə təminatına malik ölkəyə çevrilib. Xalqın rifah halı günbəgün yaxşılaşır. Əminəm ki, seçicilər fevralın 9-da da bu ənənələrinə sadiq qalaraq inkişafa və rifaha səs verəcəklər".
Balaxanı seçiciləri də qarşıdan gələn seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB