117 saylı Oğuz-Qəbələ dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı növbəti görüşünü Qəbələnin Xırxatala, Ciğatelli və Aydınqışlaq kəndlərinin seçiciləri ilə keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən Aqiyə Naxçıvanlı ölkədə aparılan islahatlarla, namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının seçki platforması və fəaliyyəti ilə bağlı geniş məlumat verərək bildirib ki, reallaşdırılan islahat faktoru bilavasitə xalqın rifah halının daha da yaxşılaşdırılmasına, vətəndaşların sosial həyatlarının ən yüksək şəkildə təmin edilməsinə yönəlib. “Söz yox ki, bütün bu inkişaf amillərinin kökündə əsaslı dövlətçilik dayaqları, xalq-iqtidar vəhdəti dayanır”, deyən YAP-ın namizədi həmçinin bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli siyasətinin başlıca məqsədi də məhz budur: “Bu gün Cənubi Qafqaz regionunun ən böyük partiyası kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyası hakim siyasi təşkilat olaraq, bu vəhdətin daha da möhkəmləndirilməsi üçün ardıcıl, fəaliyyət göstərir. Azərbaycanın uğur təməllərindən biri də məhz bu gerçəklikdir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifinin də əsas məramlarından biri qanunverici orqanın daha fəal, daha dinamik fəaliyyəti məqsədini daşıyır. Bu baxımdan, hər bir seçici 9 fevral tarixində məntəqələrə gələrək, aktiv vətəndaşlıq statusunu nümayiş etdirməlidir”.
Çıxış edən seçicilər də öz növbələrində yaşadıqları kəndlərin qayğı və problemlərindən söhbət açaraq, qaldırılan məsələlərin qısa zamanda həll olunacağına böyük ümid etdiklərini, inandıqlarını bildiriblər. Xüsusilə, Aqiyə Naxçıvanlının millət vəkilliyi dönəmlərində onun daim xalqın yanında olması barədə fikirlərini bildirdilər. Seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak edəcəklərini bir daha vurğulayıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB