Deputatlığa namizəd Arzu Nağıyev təmas xəttindəki kəndlərin sakinləri ilə görüşüb

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyevin görüşləri davam edir. SİA-nın verdiyi məlumata əsasən, Arzu Nağıyev Tovuzun ən ucqar və təmas xəttində yerləşən Quşçu Qaralar və Qaradas kəndlərində seçicilərlə görüşüb.

Deputatlığa namizəd seçiciləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə