123 saylı Kəlbəcər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqil Sadıq oğlu Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini davam etdirir. Növbəti görüşü Oğuz və Qəbələ rayonlarında davam etdirilib. Oğuz rayonunun Calud kəndində və Qəbələ rayonunun Zarağan 1 qəsəbəsində məcburi köçkün seçicilərlə keçirilən görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov ölkəmizin növbəti vacib siyasi proses ərəfəsində olduğunu deyib. Sonra 123 saylı Kəlbəcər Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Aqil Məmmədov haqqında məlumat verən Qənaət Əsgərov seçiciləri fevralın 9-da partiyamızın namizədinə səs verməyə çağırıb.
Görüşlərdə, həmçinin, rayon ziyalıları Həsən Məmmədov, Zahid Muxtar, Saday Musayev və başqaları çıxış edərək dövlətçiliyə sadiq kəlbəcərlilərin bu dəfə də YAP-ın namizədinə səs verəcəklərinə inam ifadə ediblər.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Aqil Məmmədov, öncə, YAP-ın Seçki Proqramı haqqında seçicilərə ətraflı məlumat verib. Çıxışında ölkəmizin hərtərəfli inkişafı, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də bu gün Yeni Azərbaycan Partiyasının dövlət və xalq naminə yürütdüyü siyasətdən də danışan deputatlığa namizəd kəlbəcərli seçicilərin fevralın 9-da, məhz YAP-ın namizədinə səs verəcəklərinə əmin olduğunu bildirib.
A.Məmmədov əlavə edib ki, seçiciləri tərəfindən ona etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacaq: "Çalışacam ki, mənə etimad göstərən hər bir seçicimin yanında olum".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB